Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bakıda dəhşətli hadisə: qəbiristanlığa gəlib arvadına zəng etdi və… – TƏFƏRRÜAT

Bakıda dəhşətli hadisə: qəbiristanlığa gəlib arvadına zəng etdi və… – TƏFƏRRÜAT

Bakıda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Telnov küçəsi 2347/48-ci məhəllədə yaşayan 1979-cu il təvəllüdlü Əliyev Elnur İdris oğlu evinin yaxınlığındakı qəbiristanlığa gedərək orada sirkə turşusu içib. Daha sonra o, bir müddət əvvəl boşandığı həyat yoldaşına zəng edərək özünü zəhərlədiyini və ölmək üzrə olduğunu bildirib.

Bundan sonra qadın təcili tibbi yardıma müraciət edib və qəbiristanlığa gələn tibbi yardım briqadasınnı köməkliyi ilə Elnur İdrisov xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, intihar edən 40 yaşlı kişi ilə həyat yoldaşı arasında problemlər olub. Onlar aliment məsələsinə görə məhkəmədə də üz-üzə gəliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …