Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Bakıda DƏHŞƏT: Qısqanc ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı

Bakıda DƏHŞƏT: Qısqanc ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı

Sabunçu rayonunda ailə münaqişəsi zəminində dəhşətli hadisə baş verib. 

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, 38 yaşlı Rasim Əhmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Aynurə Məmmədzadənin Maştağa qəsəbəsində yaşadığı evinə gedib. Orada mübahisə edən keçmiş cütlüyün davası cinayətlə yekunlaşıb. R. Əhmədov keçmiş arvadının üzərinə benzin tökərək onu diri-diri yandırıb.

Yanıq xəsarətləri alan A. Məmmədzadə xəstəxanaya yerləşdirilib, həkimlər onun həyatını xilas edə biliblər. 

R. Əhmədov Aynurəni qısqanclıq zəminində yandırdığını deyib. Faktla bağlı araşdırma aparılır. 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …