Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Bakıda DƏHŞƏT: Qadın həyat yoldaşını balta ilə öldürdü (FOTO)

Bakıda DƏHŞƏT: Qadın həyat yoldaşını balta ilə öldürdü (FOTO)

Bakının Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib
Azinforum.az report-a istinadən xəbər verir ki, Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində yaşayan 45 yaşlı Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı ilə ailə münaqişəsi zəminində mübahisə edib.
Bu zaman qadın onun baş nahiyəsinə balta ilə zərbə endirib. Nəticədə N.Vəliyev ölüb.
Hadisəni törədən qadın (ad-soyad açıqlanmır) Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Hadisə baş verən zaman N.Vəliyev sərxoş olub. Bildirilir ki, son vaxtlar ailədə hər gün münaqişə olurmuş və N.Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub.
Ər və arvadın birgə nikahdan iki övladı var.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …