Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Bakıda DƏHŞƏT: Nənə və nəvə faciəli şəkildə öldü

Bakıda DƏHŞƏT: Nənə və nəvə faciəli şəkildə öldü

Bakıda nənə və nəvəsi evdə dəm qazından boğulub.

Azinforum.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Nərimanov rayonu, ev 54, mənzil 52 ünvanında yaşayan, 1951-ci il təvəllüdlü Əliyeva Sevil İsa qızı və nəvəsi, 2008-ci il təvəllüdlü İsmayılov Ülvi Elşad oğlunun meyiti aşkarlanıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları evə və meyitlərə baxış keçirib. Baxış zamanı meyitlərin üzərində xəsarət izləri aşkarlanmayıb.

Müəyyən edilib ki, həmin şəxslər dəm qazından boğularaq dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …