Bazar , Sentyabr 15 2019
Ana səhifə / Kriminal / Bakıda DƏHŞƏT – Həbsxanadan çıxdı, iki bacısını doğradı (VİDEO)

Bakıda DƏHŞƏT – Həbsxanadan çıxdı, iki bacısını doğradı (VİDEO)

Xəzər rayonunda qətl hadisəsi baş verib.

Unikal.org ONA-ya istinadla verdiyi xəbərə görə, gecə saatlarında Buzovna qəsəbəsi, Nəriman Əliyev küçəsində yaşayan 1976-ci il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu sərxoş halda bacıları ilə mübahisə edib.

Mübahisə zamanı M.Əlimanov əvvəlcə bacısı 1964-cü il təvəllüdlü Əlimanova Səadət Şirbala qızına çoxsaylı bıçaq zərbəsi vurub. S.Əlimanova hadisə yerində ölüb.

Daha sonra o, digər bacısı 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vurub.

Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır. Hadisə yerinə Xəzər rayon Polis İdarəsi və 2-ci Polis Şöbəsinin əməkdaşları cəlb edilib. M.Əlimanov saxlanılıb.

Məlumata görə, M.Əlimanov əvvəllər Cinayət məccəlləsinin 120-ci maddəsi ilə məhkum olunub.

Qeyd edək ki, Xəzər RPİ-nin əməkdaşları jurnalistlərə müqavimət göstərib.

Həmçinin oxuyun

“Arvadını” başqa kişi ilə yatağa saldı, sonra 4 oğlanla… – Azərbaycanda

Bakıda hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Daşqın Səmədov, Hikmət Məlikov, Elman Verdiyev …