Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Kriminal / Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Video

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasının 19-cu mərtəbəsində mənzildə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğının olduğu əraziyə cəlb edilib.

Həyata keçirilən operativ tədbirlər nəticəsində qısa müddət ərzində yanğın məhdudlaşdırılaraq söndürülüb.

Həmçinin oxuyun

Fermada sirli qətl – şəhid ailəsi üzvünün qanı batırılır? – ŞOK FOTOLAR

“Bacım Səidə Hüseynova çox ehtiyatlı qadın idi. O, sexin içinə kimsəni buraxmırdı. Cücə almağa gələnlər …