Azinforum.az Virtualaz.org-a istinadən xəbər verir ki, şirkət rəhbəri Yasamal rayonu , M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir. Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.