Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Kriminal / Bakıda bir ailənin 3 üzvü vuruldu

Bakıda bir ailənin 3 üzvü vuruldu

Bakının Nizami rayonunda üç nəfər bıçaqlanıb. Hadisə Fərzəliyev küçəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Əzimova Zeynəb Elşad qızı və onun qardaşı Niftəliyev Vüsal Elşad oğlu Z.Əzimovanın həyat yoldaşı olan 1976-ci il təvəllüdlü Əzimov Şücaət Məmmədhəsən oğlu tərəfindən bıçaqlanıb.

Ş.Əzimov da qaynı V.Niftəliyev tərəfindən bıçaqlanıb. Hər üç yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır. APA

Həmçinin oxuyun

İstanbulda azərbaycanlı güllələndi – Video

Türkiyənin İstanbul şəhərində azərbaycanlı sürücüyə silahlı hücum olub. “Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, …