Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bakıda binada yerləşən mənzil 2 milyon 200 min manata satılır

Bakıda binada yerləşən mənzil 2 milyon 200 min manata satılır

Bakıda daşınmaz əmlak bazarında qiyməti 2 milyon manatdan yuxarı olan mənzillər də təklif olunur. Bunu “Trend”ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, bahalı mənzillərin də qiyməti yerləşməsindən, ölçüsündən asılı olaraq dəyişir: “Bakıda mənzil bazarında qiyməti 2 milyon, 2,2 milyon manat dəyərində olan mənzillər təklif olunur. Bu mənzillər əsasən şəhərin mərkəzi hissəsində yerləşir”.

Ekspert bildirib ki, həmin mənzillərin ölçüsü 300 kvadrat metrdən yuxarı olub. Onun sözlərinə görə, az sayda da olsa, 2016-cı ildə bu cür bahalı mənzillərin alqı-satqısı qeydə alınıb.

Ümumilikdə isə R.Osmanlı bildirib ki, 2016-cı ildə Azərbaycanda mənzil bazarında, xüsusilə, təkrar mənzil bazarında mütəmadi olaraq qiymətlərin azalması müşahidə olunub.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın