Şənbə , Dekabr 15 2018
Ana səhifə / Kriminal / Bakıda bina yandı – SAKİNLƏR TƏXLİYƏ OLUNDU

Bakıda bina yandı – SAKİNLƏR TƏXLİYƏ OLUNDU

Bakıda baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib.
FHN-dən Unikal.org-a verilən məlumata görə, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 21 ədəd elektrik sayğacı yanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, üçü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
VIPedu.BIZ

Həmçinin oxuyun

Eldar Mahmudovu şərikinin ifadəsi əsasında həbs edə bilərlər

Eldar Mahmudovun şəriki, sabiq nazirin milyonlarına nəzarət etmiş Sahib Ağayevin olduqca ilginc ifadələri ortaya çıxıb. …