Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Səbuhi Əhmədov özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Anar Nuriyevə 52500 manat pul verəcəyi təqdirdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən özünə məxsus olmayan, bankda girovda olan başqasına məxsus bağ evini hərrac yolu ilə onun üçün almağa köməklik göstərəcəyini yalandan vəd verib.


O, Anar Nuriyevi aldadaraq etibarından sui-istifadə etməklə ondan 2018-ci ilin may ayının əvəllində Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Ağ çiçəyim” gül dükanının yanında 30.000, həmin ilin may ayının sonunda Xətai rayonunda bankların ləğvedici idarəsinin yanında 15.000 min manat, sonuncu dəfə isə 2018-ci ilin iyun ayının əvəllində Binəqədi qəsəbəsi, Z. Qəmbərov küçəsində 7.500 manat alıb.


İstintaq orqanı tərəfindən Səbuhi Əhmədovun barəsində Cinayət Məcəlləsinin  178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səbuhi Əhmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, Anar Nuriyevi 1999-cu ildən tanıyır, münasibətləri normal olub: “Biz əvvəllər birlikdə işləmişik. Bir müddət fərdi qaydada qeyri-rəsmi olaraq hal-hazırda bağlanmış banklardan birində işləmişəm, sonra isə fərdi qaydada kommersiya fəaliyyəti ilə məşğul olmuşam. 2018-ci ilin may ayında tanışım İradəyə məxsus Mərdəkan qəsəbəsində yerləşən 18 sot torpaq sahəsini 10.000 manata mənə satmağa razılıq verdi. Həmin vaxtda da bu iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Anar da özü üçün torpaq sahəsi almaq istəyirdi. Buna görə də Anar həmin torpağı ona satmağımı xahiş etdi. Mən də İradə ilə razılığa gələrək Anarın mənə verdiyi 10.000 manat pulu ona verdim, torpağı özüm üçün aldığımı dedim. Lakin torpaq sahəsini Anar öz adına rəsmi qaydada sənədləşdirdi. Bundan təxminən bir-iki ay sonra Anar aldığı torpaq sahəsinin içində bankda girovda olan, əvvəllər Elbrus adlı şəxsə məxsus olmuş, bank tərəfindən hərraca qoyulmuş altı sot torpaq sahəsini iki mərtəbəli evlə birlikdə alıb, on səkkiz sota qatmaq istədiyini dedi”.


Səbuhi Əhmədov qeyd edib ki, həmin bağ evi torpaq sahəsi ilə birlikdə hərrac tərəfindən 48000 manata qiymətləndirilib, daha sonra qiyməti 50000 manata qalxıb: “Anar 50000 manat pulu hissə-hissə təxminən 4 dəfəyə 2 ay ərzində Nəsimi rayonu “Ağ çiçəyim” mağazasının yanında, “Xətai” metrosunun yanında və Binəqədi rayonu Miqrasiya xidmətinin yanında mənə verdi. Lakin Anar pulu verib qurtarandan sonra torpaq sahəsinin qiyməti 139.000 manata qalxdı. Bu barədə Anara deyib pulunu özünə qaytarmaq istədiyimi təklif etdim. Anar mənə bu məsələni təkidlə 50.000 manata həll etməyi xahiş etdi. Anarın 50000 manat pulunu onun razılığı ilə özümdə saxlayaraq digər kommersiya fəaliyyətinə cəlb etdim, lakin uğursuz kommersiya fəaliyyəti nəticəsində pul batdı. Ona görə də Anardan aldığım 50.000 manat pula altı sot torpaq sahəsini bağ evi ilə birlikdə bankdan ala bilmədim, eləcə də pulu xərclədiyimdən qaytara bilmədim. Bir neçə aydan sonra Anarın xahişi ilə öz xətti ilə qəbz yazıb orada 52.500 manat pulu aldığını etiraf edərək qaytaracağımı qeyd etdim”.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Əhmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 4 il 4 ay 19 gün müddətinə şərti cəza təyin olunub. Demokrat.az

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …