Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Bakıda bağlanmış marşrutlarla bağlı yenilik olacaq

Bakıda bağlanmış marşrutlarla bağlı yenilik olacaq

Yaxın günlərdə istiqaməti dəyişdirilmiş və ya tamamilə xəttdən çıxarılmış marşrutlar üzrə yeniliklərin tətbiqi nəzərdə tutulur.
Fins.az-ın “Trend”-ə istinadın məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Avropa Oyunları ərəfəsində və yarışlar keçirilən zaman avtomobil yollarında yarana biləcək sıxlığın qarşısının alınması və keyfiyyətli nəqliyyat xidmətinin göstərilməsi məqsədi ilə paytaxtda bəzi marşrut xətlərinin istiqaməti dəyişdirilmiş, bir neçəsi isə tamamilə bağlanmışdı.
Artıq oyunlar başa çatdığı üçün nazirlik nəqliyyat sisteminin optimallaşdırılması prinsipi ilə bu məsələyə yenidən baxır.
Avropa Oyunları ərəfəsində “Baku Bus MMC” tərəfindən paytaxta gətirilən yeni avtobusların şəhərdaxili sərnişindaşıma məqsədi ilə istismara verilməsi planlaşdırılır.
Hazırda yeni marşrutların müəyyənləşdirilməsi üçün paytaxtda eyni istiqamət üzrə hərəkət edən marşrut xətlərinin olub-olmaması məsələsi araşdırılır.
Xatırladaq ki, Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar iyun ayından Bakıda üç qapılı iti tutumlu avtobusların bəziləri xidmətləri yığışdırılıb, 14 saylı marşrut 24 saylı, 90 saylı avtobus 83 saylı, 86 saylı marşrut 29 saylı marşrutla əvəz olunub. 20, 188, 53 saylı avtobuslar ümumiyyətlə ləğv edilib, 120 saylı avtobusda maşınlar təzələnib, 124 sayl avtobusun hərəkət xətti 20-ci sahəyə qədər uzadılıb. 193 saylı marşrutun şəhərin mərkəzində hərəkət etməsinə icazə verilmir, 70 saylı avtobusun istiqaməti dəyişdirilib, 95 saylı marşrut xəttinin hərəkət istiqaməti “Xətai” metrosuna qədər qısaldılıb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın