Ana səhifə / Kriminal / Bakıda azyaşlıya qarşı seksual hərəkətlər edən şəxsə 10 il cəza verildi

Bakıda azyaşlıya qarşı seksual hərəkətlər edən şəxsə 10 il cəza verildi

Bakıda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Cəfərov Həsən Xanoğlan oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Həsən Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib

H.Cəfərov azyaşlı uşağa qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Ona qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə— təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Musavat.com

Həmçinin oxuyun

Keçmiş nazir Nazim İbrahimovun qardaşı həbs olundu

Bakı şəhəri Xətai rayon məhkəməsinin «STS» şirkəti, «Sahil-D Kompani» MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər …