Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Kriminal / Bakıda azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər edən manyaka ağır cəza kəsildi

Bakıda azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər edən manyaka ağır cəza kəsildi

Bakıda ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını soyğunçuluq yolu ilə ələ keçirən, azyaşlı qızlara hücum edən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Amil Paşayevin cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən A.Paşayev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Amil Paşayev iyun ayı ərzində metronun “Əhmədli” starnsiyasının yaxınlığında təsadüfən gördüyü qadınları izləyərək münasib bildiyi şəraitdə onların çantalarını açıq talama yolu ilə alaraq hadisə yerindən qaçıb.

İstintaqın gedişi zamanı A.Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb. Bu səbəbdən A.Paşayevin ətrafında həyata keçirilən əlavə istintaq- əməliyyat tədbirləri ilə onun 2017-ci ilin dekadr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində dörd azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyən edilib.

Əsasən 10-15 yaş arasında olan qızları izləyən A.Paşayev binaların girişində mərtəbələr arasında yerləşən pilləkən sahələrində onlara hücum edərək seksual xarakterli hərəkətlər edib.

Həmçinin oxuyun

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, …