Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib- FOTO

Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib- FOTO

Bakının Nəsimi rayonu ərazisində minik avtomobili ilə avtoxuliqanlıq edən sürücü qəza törədib.

Yol Patrul Xidməti əməkdaşlarının “Report”a verdiyi xəbərə görə, 1993-cü il təvəllüdlü Seymur Qurbanov taksi fəaliyyəti ilə məşğul olduğu “99-KL-905” dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobil ilə Hüseynbala Əliyev küçəsində bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Bununla kifayətlənməyən sürücü nəqliyyat vasitəsilə işıqforun qırmızı işığından keçərək 1994-cü il təvəllüdlü Həmidov Əlsalamın idarə etdiyi “Changan” markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. “VAZ-2107″nin sürücüsü S.Qurbanov YPX-nin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib. Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları da gəlib.
Fakt araşdırılır.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …