Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu — VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu — VİDEO

Paytaxtın Binəqədi rayonu dövlət qeydiyyat nişanı olmadan “Ravon” markalı nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) araşdırılıb. 

BŞBPİ-dən verilən məlumata görə, həmin nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə, Binəqədi qəsəbəsində avtoxuliqanlıq hərəkətlərinə, digər avtomobillərə maddi ziyan vurduğuna görə 1987-ci il təvəllüdlü Zahir Zalova “saxla” işarəsi verilib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə “saxla” işarəsi verməsinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirib. Keçirilən müvafiq tədbirlərlə ərazidə süni sıxlıq yaradılaraq, nəqliyyat vasitəsi saxlanılıb. 

Sürücü barəsində müvafiq araşdırmalar aparılmaqla, onun barəsində İXM-in 511, 535-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib. Sürücü barəsində toplanan materillar rayon rayon məhkəməsinə göndərilib. Binəqədi Rayon məhkəməsinin qərarı ilə Z.Zalov bir il sürücülük hüququndan məhrum edilməkə, barəsində 30 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …