Bazar , Sentyabr 26 2021
Ana səhifə / Kriminal / Bakıda avtobus sürücüsünü döyən şəxs tutulub

Bakıda avtobus sürücüsünü döyən şəxs tutulub

Bakı şəhərində avtobus sürücüsünü döyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtobus sürücüsünü döyən şəxsin Xırdalan şəhər sakini, 27 yaşlı Cavidan Bədəlov olduğuı müəyyən edilib və o, sentyabrın 20-də istintaqa təhvil verilib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanıb. C. Bədəlova həmin maddə üzrə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Bu gün məhkəmə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq.

Qeyd edək ki, məlum hadisə sentyabrın 18-də axşam saatlarına metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı dayanacaqda baş verib. 135 saylı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb. Hadisə nəticəsində xəsarət alan sürücü 1 saylı Şəhər Kliniki Xəstəxanasında çatdırılıb. Daşıyıcı şirkət hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Həmçinin oxuyun

Cəmi iki ildə sürücülük vəsiqəsi və nömrə hesabına 4,5 milyon manat yığıbmış…

Naxçıvanın hazırda həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədovun məhkəmə istintaqı zamanı cəmi iki …

Bir cavab yazın