Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Bakıda avtobus sürücüsü faciəyə səbəb oldu: Qadın 18 gündür komadadır – FOTO

Bakıda avtobus sürücüsü faciəyə səbəb oldu: Qadın 18 gündür komadadır – FOTO

Bakıda avtobus sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması faciəyə səbəb olub.

BAKU.WS-in məlumatına görə, 64 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Nizami rayonunun 8-ci kilometr qəsəbəsində yolu keçmək istəyən Təranə Məhəmməd qızı Babaşovanı maşınla vurub.

T.Babaşovanın həyat yoldaşı Müzəffər İsmayılovun sözlərinə görə, hadisə sentyabrın 27-də baş verib.

Təranə Babaşova “8-ci kilometr” bazarının qarşısında avtobusdan düşüb yolu keçmək istəyib. Bu vaxt əks istiqamətdə hərəkət edən 64 saylı avtobus xanımı vurub.

Sürücü polis tərəfindən saxlanılıb. T.Babaşova isə xəstəxanaya yerləşdirilib. Müzəffər İsmayılovun sözlərinə görə, xanımı 18 gündür komadadır.

Ailənin Təranə Babaşovanı müalicə etmək imkanı yoxdur. Kömək etmək istəyənlər aşağıdakı bank hesabına pul göndərə bilər.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …