Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Bakıda avtobus sürücü döyüldü

Bakıda avtobus sürücü döyüldü

Hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

“Ölkə.Az”-ın xəbərinə görə, 204 saylı marşrut avtobusunun sürücüsü Məhəmməd Quliyev 12ci Polis Bölməsinə müraciət edərək bildirib ki, avtobusu idarə edərkən sərnişin tərəfindən döyülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sərxan Aslan oğlu Səfərov müəyyənləşdirilərək polis bölməsinə gətirilib. O, ilkin izahatında sürücünü döydüyünü etiraf edib.

Faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb. Başlanılan araşdırmaların sonunda fakta hüquqi qiymət veriləcək.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …