Cümə , Oktyabr 30 2020
Ana səhifə / Kriminal / Bakıda avtobus qəzaya düşdü – Yaralılar var

Bakıda avtobus qəzaya düşdü – Yaralılar var

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun “28 May” stansiyasının yaxınlığında baş verib.

“BakuBus” MMC-yə məxsus 21 saylı müntəzəm xətt marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu “KİA” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 2-si, “KİA” markalı avtomobildə isə 1-i Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

“Bakı Nəqliyyat Agentliyi”nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, faktla bağlı araşdırma aparılır, araşdırmadan sonra qəzanın səbəbləri müəyyən ediləcək.

Qeyd edək ki, insident Yeni ilin ilk günü qeydə alınıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …