Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Bakıda aptekə silahla basqın edən şəxs tutulub – FOTOLAR

Bakıda aptekə silahla basqın edən şəxs tutulub – FOTOLAR

Bakıda aptekə silahla basqın edən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 21-də axşam saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən aprektlərdən birində üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb. 

BŞBPİ Cinayət-Axtarış İdarəsi və 15-ci Polis bölməsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan, 1979-cü il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub. Sabunçu RPİ İstintaq şöbəsində başlayan cinayət işi üzrə şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …