Ana səhifə / Kriminal / Bakıda alçanın 1 ədədi 7 manatdır – VİDEO

Bakıda alçanın 1 ədədi 7 manatdır – VİDEO

Yaşıl bazarda alçanın bir dənəsi 7 manata satılır. Qışda 1 kiloqram alça yemək istəyənlər 400 manata yaxın pulundan keçməlidir.

Cəmi 1 ədəd açlanın qiyməti 7 manat, 1 kiloqramı isə 390 manatdan çoxdur.
Qiyməti baha olsa da müştəri sarıdan çətinlik yoxdur.
Satıcının sözlərinə görə, bir kiloqramda 56 ədədə yaxın alça olur. Bu da 390 manatdan artıq pul deməkdir. Yayda 1 kiloqramı 60-80 qəpik arası dəyişsə də qışda belə bahadır.
Elton Məmmədovun sözlərinə görə, qışda alçanı daha çox hamilə qadınlar və xəstələr üçün alırlar.
Alçanın bir dənəsinin bu qiymətə olmasını qınayanlar da var, qışda alça istəyənin əlinin cibində olmasını düşünənlər də. (Xəzər tv)

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın