Ana səhifə / Kriminal / Bakıda ağır qəza – Yol rəngləyən işçi öldü + Fotolar

Bakıda ağır qəza – Yol rəngləyən işçi öldü + Fotolar

Bakı Dairəvi-1 avtomobil yolunda saat 13 radələrində ölümlə nəticələnən qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, hadisə avtomobil yolunun “Meyvəli” bazarı istiqamətinə düşən hissəsində qeydə alınıb.

Belə ki, ərazidə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılarkən “90-FS-151” dövlət nömrə nişanlı yük maşınının sürücüsü idarəetməni itirərək maşını öncə yolda hərəkətdə olan “Pajero”nu, daha sonra ərazidə xidmət aparan Yol Patrul Xidməti avtomobilini və Yol Xətt MMC-yə məxsus minik maşını, sonda isə Yol Xətt MMC-nin işçisi 1972-ci il təvəllüdlü İlqar Əmirovu vurub.

Hadisə nəticəsində ağır xəsarətlər alan işçi yerindəcə dünyasını dəyişib.

İlkin versiyaya əsasən, qəza yük maşınının əyləc sistemində yaranmış nasazlıq səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.



Həmçinin oxuyun

Eldar Mahmudovun əmisi oğlu məhkəməyə gəlmədi

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov barəsində olan cinayət işi üzrə …