Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Kriminal / Bakıda AĞIR QƏZA – Ana pəncərədən çıxıb uşaqlarını belə xilas etdi – VİDEO

Bakıda AĞIR QƏZA – Ana pəncərədən çıxıb uşaqlarını belə xilas etdi – VİDEO

Bakıda baş verən dəhşətli qəza kameralara düşüb. 

Unikal.org avtosfer.az-a istinadla xəbər verir ki, Heydər Əliyev prospektində, Bakı Nəqliyyat Agentliyinin yaxınlığında hərəkətdə olan “Audi” markalı avtomobilin sürücüsü  qəfildən idarəetməni itirir və maşın işıq dirəyinə çırpılaraq onu aşırır. Sükan arxasında əyləşən xanım avtomobilin qapısını aça bilməyib. 

Bu zaman cəmi bir neçə saniyə ərzində avtomobilin ön sərnişin oturan şüşəsindən çıxan sürücü xanım arxa qapıları açaraq iki azyaşlı uşağı maşından çıxardır. Ardınca yerə düşmüş telefonunu götürərək tez avtomobilin yanından uzaqlaşır.

Ətrafda olan insanlar yardıma tələsir. Avtomobil isə tüstüləyir. 

Ananın bu çevik hərəkəti qəza nəticəsində ağır xəsarət almanın qarşısını alır.

Həmçinin oxuyun

Cəlil Nəzərov bu əməllərinə görə həbs edilib

Baş Prokurorluq Masallı rayon Mərkəzi Xəstəxanasının direktorunun həbsi ilə bağlı məlumat yayıb.  “ Azinforum.az ” …