Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Bakıda adam bıçaqlamaqda ittiham olunan AXCP üzvünə 10 il həbs

Bakıda adam bıçaqlamaqda ittiham olunan AXCP üzvünə 10 il həbs

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə müxalifətçiyə hökm oxunub. Hökmə əsasən, A.Hümbətov 10 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror da ona 10 il həbs cəzası istəmişdi.

İttiham aktına əsasən, A.Hümbətov Binə qəsəbəsində mübahisə zəminində  Yamən Məmmədov adlı sakini  bıçaqlayıb. Mübahisə, ittiham tərəfinin bildirdiyi kimi, A.Hümbətovun “heç bir səbəb olmadan” həmin sakinə söyməsi və ona hücum etməsi səbəbindən baş verib. Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham irəli sürülüb. A.Hümbətov isə özünü təqsirli bilmir.

A.Hümbətov bundan əvvəl “dəlixanada” müalicə almışdı, o küçələrdən zibil toplamaqla dolanırdı.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …