Ana səhifə / Kriminal / Bakıda 717 minlik avtoservis satışa çıxarıldı – HƏRRAC

Bakıda 717 minlik avtoservis satışa çıxarıldı – HƏRRAC

Bakıda növbəti hərrac keçiriləcək.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 yanvar 2017-ci il tarixində keçiriləcək yeni hərraca 20 səhmdar cəmiyyəti, 44 kiçik dövlət müəssisə və obyekti, 15 istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla ümumilikdə 79 əmlak çıxarılıb.

Hərracda ən yüksək qiymətə, yəni 717 min 600 manata təklif olunan əmlak paytaxtın Binəqədi rayonunda yerləşən “Araz” Avtomotoservis müəssisəsidir. Yüksək start qiyməti təyin olunan digər əmlak isə Nəsimi rayonunda yerləşən və 474,8 kv.m. torpaq sahəsi olan qeyri-yaşayış binasıdır. Belə ki, bu əmlak 624 min manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Qaradağ rayonunda yerləşən və torpaq sahəsi 14451,8 kv.m. olan Metal və ərzaq anbarı isə 300 min manata, Sumqayıt şəhərindəki “Laçın” restoranı isə 410 min manata təklif olunur. Regionlarda isə yüksək start qiyməti ilə cəlb edən əmlak Qusarda yerləşən Kərpic sexidir. 170160 kv.m. torpaq sahəsi olan bu müəssisə 420 min manata təklif olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, Xaçmaz, Gəncə, Mingəçevir, Göyçay, Cəlilabad, Masallı və digər bölgələrdə yerləşir. Özəlləşdirilməyə çıxarılan bir çox əmlakların torpaq sahəsi və üzərindəki tikili ayrı-ayrılıqda qiymətləndirilib.

Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında “Ağsu Sənaye İnşaat”, “Azinterservis”, “Daşkəsən Aqrotexservis”, “Sabirabad Mexanikləşdirmə”, “Xəzər Avtonəqliyyat”, “Salyan Kəndkimya” kimi səhmdar cəmiyyətlər var.

Qeyd edək ki, vətəndaşlar və potensial investorlar hərracda əmlaka yiyələnmək üçün iki sadə prosedur keçməlidirlər. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın