Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Bakıda 68 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı

Bakıda 68 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etməkdə təqsirləndirilən R.Vəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

Qərara əsasən, ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və R.Vəliyev məhkəmə iclas zalından dərhal həbsdən azad olunub.

İttihama görə, R.Vəliyev etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” masssivində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar 2015-ci ilin yanvar ayında özünə müraciət etmiş Qafar Əliyevin (şərti) özünün yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmləşdirilməsi imkanına malik olduğunu deyib. O, həmin şəxsdən ümumilikdə 68 min manat pul alıb. Daha sonra verdiyi vədə əməl etməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Vəliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …