Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Kriminal / Bakıda 67 yaşlı kişi arvadını və oğlunu güllələdi

Bakıda 67 yaşlı kişi arvadını və oğlunu güllələdi

Bakıda 67 yaşlı kişi arvadını və oğlunu güllələyib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azinforum.az -a bildirilib ki, hadisə Suraxanı rayonunda Yeni Suraxanı qəsəbəsində baş verib. 1955-ci il təvəllüdlü Eldar Dadaşov ov tüfəngindən açdığı atəşlə 64 yaşlı həyat yoldaşı Nazilə Pirimovanı və 34 yaşlı oğlu Vüqar Dadaşovu ov tüfəngindən açdığı atəşlə yaralayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Əməli törərməkdə şübhəli bilinən Eldar Dadaşov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

16 yaşlı cüdoçunu öldürən şəxs belə saxlanıldı – Video

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il …