Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Kriminal / Bakıda 6 aylıq uşağını boğaraq öldürən şəxsə ağır cəza verildi

Bakıda 6 aylıq uşağını boğaraq öldürən şəxsə ağır cəza verildi

Övladını boğaraq qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Güloğlan Nağıyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Məhkəmənin hökmü ilə G.Nağıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Güloğlan Nağıyev 6 aylıq övladını yastıqla boğaraq öldürüb.

Məlumata görə, G.Nağıyev uşağın ağlamağına əsəbləşərək onu yastıqla boğub. Musavat.com

Həmçinin oxuyun

Şəhid anasını oğlunun sağ olduğuna inandıran şəxslər saxlanılıb – VİDEO

Vətən müharibəsində iştirak edərək qəhrəmancasına həlak olmuş şəhidlərimizdən birinin qohumlarının Daxili İşlər Nazirliyinə etdikləri müraciətlə …