Ana səhifə / Kriminal / Bakıda 5 min manata ədviyyat satılır – VİDEO

Bakıda 5 min manata ədviyyat satılır – VİDEO

Mağzalarda cürbəcür dada və qiymətə malik ədviyyatlar satılır. Hətta kilosu 5 min manata olan ədviyyatlar belə var.

Ariana, kalyandra, kori, xmeli-suneli. Bunlar hər hansısa bir termin yox satışda olan ədviyyatlardır. Satıcıların sözlərinə görə adları qəribə olsada,amma ən çox tələb olunan ədviyyatlar sırasındadırlar. Kori tərkibinin zənginliyi ilə seçilir və daha çox ət yeməklərində istifadə edilirlər.

Ədviyyatlar daha çox Türkiyə, İran və Hindistandan gətirilir. Bu ədviyyat isə kətan toxumudur. Kilosu 8-10 manat arasında dəyişən bu məhsula son zamanlar maraq artıb.

Ədviyyatların əksəriyyəti daha çox xaricdən gətirilsə də,amma yerli istehsal olanlar da var. Bilgəh Zəfəranı keyfiyyəti ilə yanaşı qiymətinə görədə digər ədviyyatlardan fərqlənir. Kilosu təxminən 4-5min manata başa gəlir. Bir çox xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan keçi buynuzunun qiyməti isə 14 manatdan təklif edilir. Ümumiyyətlə isə bazarda ən çox satılan ədviyyatlara istiot, mixək və sarıkökdür.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın