Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Kriminal / Bakıda 5 avtomobil toqquşdu, xəsarət alanlar var – Fotolar

Bakıda 5 avtomobil toqquşdu, xəsarət alanlar var – Fotolar

Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyatı hadisəsi baş verib.

” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, yol qəzası Babək prospektindəki körpünün üzərində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı kiçik tutumlu sərnişin mikroavtobusu hərəkətdə olan “KİA” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “KİA” digər “Mercedes” markalı avtomobilə dəyib. Həmin “Mercedes” isə əvvəlcə “AzSamand”a və digər “Mercedes” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “KİA” və “Azsamand” markalı avtomobillərdə olan sərnişin və sürücü xəsarət alıb.
Fakt araşdırılır.

Həmçinin oxuyun

Keçmiş nazir işçilərin dərman pulunu fermasına xərcləyib

Naxçıvanın hazırda həbsdə olan daxili işlər naziri Əhməd Əhmədov 2015-2017-ci illərdə, cəmi 2 il ərzində …