Ana səhifə / Kriminal / Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi

Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi

Bakıda prokuror yol qəzasında vəfat edib.

“ Azinforum.az ” xəbər verir ki, hadisə bu gün baş verib. Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayev qəzada aldığı xəsarətlərdən dünyasını dəyişib.

M.Abdullayev doğulduğu Gəncə şəhərində dəfn olunacaq.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, M.Abdullayev daha əvvəl Nəsimi Rayon Prokurorluğunda müstəntiq və böyük müstəntiq vəzifələrində də çalışıb.

Həmçinin oxuyun

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi – VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi …