Çərşənbə , İyun 26 2019
Ana səhifə / Kriminal / Bakıda 30 qadın və azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb

Bakıda 30 qadın və azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb

Xətai rayon Polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən paytaxt sakini Rauf Süleymanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs, əsasən, səhər saatlarında azyaşlılara və qadınlara hücum edərək onlara qarşı əxlaqsız hərəkətlər edib. R.Süleymanov ifadəsində Xətai, eləcə də ətraf rayonların ərazisində 30-a yaxın şəxsə qarşı bu cür hərəkətlər etdiyini bildirib.

Faktla bağlı Xətai rayon Polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 153.2 (əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. R.Süleymanovun əməllərindən zərərçəkən və hələ də polisə müraciət etməyən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai rayon Polis idarəsinə məlumat verə bilərlər.

Həmçinin oxuyun

Azərbaycanlı biznesmenin 2.5 milyonunu oğurladılar

Azərbaycandan olan biznesmen Rusiyanın Sankt-Peterburq şəhərində, Petrovsk sahilboyunda yerləşən yapon restoranında öz həmyerlisi ilə yemək …