Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Bakıda “28 Mall” ticarət mərkəzi yaxınlığında bədbəxt hadisə (VİDEO)

Bakıda “28 Mall” ticarət mərkəzi yaxınlığında bədbəxt hadisə (VİDEO)

Bakıda “28 Mall” ticarət mərkəzi yaxınlığında bədbəxt hadisə baş verib.

BAKU.WS-in məlumatına görə, ticarət mərkəzi yaxınlığında bir gənc oğlan qıcolma keçirərək huşunu itirib və yerə yıxılıb.

Hadisə nəticəsində gəncin başı yerə dəyib və xəsarət alıb.

Dərhal hadisə yerinə təcili yardım briqadası çağırılıb. Ətrafdakı insanlar həkimlər gələnə kimi gəncə ilkin tibbi yardım göstərib və onu ayıldıb.

Hadisənin görüntüsünü təqdim edirik:

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …