Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Kriminal / Bakıda 21 yaşlı oğlan əmisi oğlunun arvadını qaçırdı

Bakıda 21 yaşlı oğlan əmisi oğlunun arvadını qaçırdı

Bakıda Koroğlu Rəhimov küçəsində kirayə mənzildə yaşayan 1992-ci il təvəllüdlü F.A. aprelin 10-da saat 20:00-da Nərimanov rayon 18-ci Polis Bölməsinə müraciət edib.

Azinforum.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Oxu.az-a daxil olan məlumata görə,  o, 1996-cı il təvəllüdlü həyat yoldaşı A.M.-nın 1999-cu il təvəllüdlü əmisi oğlu E.B. tərəfindən qaçırıldığını bildirib.

Zərərçəkən əmisi oğlunun onun arvadını evlənmək məqsədilə qaçırdığını deyib.

Hazırda polislər sevgililərin harada olduğunu müəyyənləşdirməyə çalışırlar. Əgər qadının öz istəyi ilə ərinin qohumu ilə birlikdə qaçdığı ortaya çıxsa, sonuncunun hərəkətlərində cinayət əməli yoxdur.

Çünki ərini tərk edən qadın yetkinlik yaşındadır. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onları xüsusi karantin rejimini pozduğuna görə cərimə edə bilərlər.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …