Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Bakıda 2 yaşlı körpənin əməliyyatı üçün yığılan 20 min AZN oğurlandı – VİDEO

Bakıda 2 yaşlı körpənin əməliyyatı üçün yığılan 20 min AZN oğurlandı – VİDEO

2 yaşlı qızın müalicəsi üçün yığılan pullar oğurlanıb.

Hadisə ötən gün paytaxtın Xətai rayonu Gəncə prospekti ev 67, mənzil 21 ünvanında qeydə alınıb. Ev sahibi Könül Məmmədova deyir ki, ötən gün günorta saatlarında evdən çıxıblar. Axşam geri qayıdarkən evlərinin qarət edildiyini görüblər.

Könül Məmmədovanın sözlərinə görə, iki yaşlı qızı Nərgiz Məmmədova bir neçə vaxtdır ki, əzələ əriməsi xəstəliyindən əziyyət çəkir. Xarici ölkədə müalicəsi olduğundan yaxınları və xeyir sevər insanların köməyi ilə Nərgiz üçün hesab açılaraq pul yığılıb. Zərərçəkmiş deyir ki, uşaq üçün yığılan pullar bank hesabında saxlanılır. Oğurlanan təxminən 20 min manatdan çox məbləğ son bir neçə gündə yığılıb.

Qeyd edək ki, həmin naməlum şəxslər evdən ancaq pul götürüb. Baxmayaraq ki, mənzildə qızıl sırğa və digər zinət əşayalar da olub. Zərərçəkmişlər dərhal ”102” xidmətinə də məlumat veriblər. Hadisə yerinə gələn 35-ci polis bölməsinin əməkdaşları əl-barmaq izləri götürüblər.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …