Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Bakıda 12 milyon manatlıq dələduzluq edən iş adamı Ali Məhkəməyə müraciət etdi

Bakıda 12 milyon manatlıq dələduzluq edən iş adamı Ali Məhkəməyə müraciət etdi

Bakıda 12 milyon manatlıq dələduzluqda təqsirləndirilən iş adamı Ceyhun Canıyev barəsindəki hökmdən kasasiya şikayəti verib.

Təqsirləndirilən şəxsin şikayəti Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icraatına verilib.

Məhkəmənin baxış iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. o, ümumilikdə 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. /APA

Həmçinin oxuyun

Göyçayda qız anasını boğaraq ÖLDÜRDÜ

Göyçayda qız anasını boğaraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, oktyabrın 12-də …