Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / Bakıda 11 qadını fahişəliyə cəlb edən kişinin məhkəməsi başlayıb

Bakıda 11 qadını fahişəliyə cəlb edən kişinin məhkəməsi başlayıb

Nərimanov Rayon Məhkəməsində 11 qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən Pərviz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 3-nə təyin edilib.

Qeyd edək ki, P.Məmmədov Bakıda 11 qadını fahişəliyə cəlb etmədə təqsirləndirilir və barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …