Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Bakıda 10 aylıq körpə günəbaxan tumu yedi – Əməliyyat edildi

Bakıda 10 aylıq körpə günəbaxan tumu yedi – Əməliyyat edildi

10 aylıq körpə qabıqlı günəbaxan tumu yeyib. Valideynlər də əvvəl çöpçüyə aparıblar. Çöpçü deyib ki, mənlik deyil, gedin cərrah baxsın”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Uşaq Cərrahiyyəsi və Urologiyası Uzmanı Op.Dr.Fuad Hüseynov sosial şəbəkədə yazıb. Həkim bildirib ki, uşaq qabıqlı günəbaxan tumu yediyi zaman valideynləri boğulduğunu görüb:

“Uşaqda xırıltılı öskürək, tənginəfəslik başlayan zaman ailə narahat olub. Təbii ki, azərbaycanlı olduğu üçün əvvəlcə çöpçüyə müraciət ediblər. Çöpçüdən ümidləri kəsildikdən sonra isə bizə.

Aparılan müayinələr nəticəsində məlum olub ki, uşağın nəfəs borusunda yad cisim var. Uşaq təcili cərrahi əməliyyata alınıb. Bronxoskopiya edilərək nəfəs borusundakı günəbaxan tumu çıxarılıb. Xəstə 1 gün sonra tam sağlam evə yola salınıb”.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …