Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Bakıda ər arvadını vəhşicəsində döyərək xəstəxanalıq etdi

Bakıda ər arvadını vəhşicəsində döyərək xəstəxanalıq etdi

Bakıda qadın əri tərəfindən vəhşicəsinə döyülüb.

Azinforum.az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 2-ci məhəllədə qeydə alınıb. 1995-ci il təvəllüdlü Məmmədova Aysel gecə saatlarında əri tərəfindən döyülüb. Ağır xəsarətlər alan qadın yaxınları tərəfindən 1 saylı Klinik Xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, A.Məmmədova kəllə-beyin travması və bədəninin müxtəlif yerlərindən ağır xəsarətlər alıb.

Hazırda qadın palatadadır və müalicəsi davam etdirilir.

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …