Cümə , Oktyabr 7 2022
Ana səhifə / Kriminal / Bakıda əxlaqsızlıq yuvası təşkil edən 62 yaşlı kişinin cinayət işi

Bakıda əxlaqsızlıq yuvası təşkil edən 62 yaşlı kişinin cinayət işi

Bakının Nəsimi rayonunda 1960-cı il təvəllüdlü Nadir (adlar şərti verilib – red.) qadınlara zor tətbiq edib, onları kişi müştərilərlə görüşdürməkdə ittiham edilib. 

Nadir 2019-cu ilin yanvarından başlayaraq 2020-ci ilin yanvarın 28-dək olan müddət ərzində əxlaqsız yuvalar təşkil edib.

O, əxlaqsızlıq yuvası təşkil etdiyi ünvanda 10-dan çox qadını fahişəliyə cəlb edib. Onların kişi müştərilərlə görüşməsini təşkil edib, bunun müqabilində yer haqqı olaraq hər dəfə 25-30 manat alıb. 

İstintaq orqanı tərəfindən Nadirin barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nadir elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, üç il bundan əvvəl mənzil kirayəyə götürüb, həmin mənzili bir neçə günlük və ya saatlıq müştərilərə cinsi əlaqədə olmaq üçün vermək barədə qərarına gəlib: “Yaşadığım Nəsimi rayonu ərazisində ev alqı-satqısı ilə məşğul olan şəxslərdən maraqlandım. Adını xatırlamadığım dəllal mənə mənzil göstərdi. Mənzil 2 otaqlı olub, ev sahibi ilə görüşmədim. Dəllal mənə aylıq kirayə haqqının 300 manat olduğunu dedi. Evin sahibi Bakı şəhərində yaşamayıb. Pulu ev sahibinin adamının hər ayın əvvəlində məndən götürəcəyi ilə razılaşdırıldı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, razılaşdıqdan sonra tanışlarına, işlədiyi “Gəncə” kafesində olan müştərilərə əsasən saatlıq istifadə üçün mənzil kirayəyə götürdüyünü, istəyən olsa, onun nömrəsi ilə əlaqə saxlamalarını bildirib: “Mənzili adətən 20-30 manat arası bir neçə saatlıq istifadəyə verirdim. 2018-ci ilin sonlarından istifadə etdiyim mobil telefon nömrəmə zənglər gəlməyə başladı. Zəng edən şəxslər məndən mənzil kirayə verdiyimi soruşdu. Mən də bunu təsdiqlədim. Mənzildən necə istifadə edilməsi mənim üçün maraqlı olmayıb. Mənzilə gələnlər əksərən qadınlarla görüşmək, istirahət etmək, konkret olaraq cinsi əlaqədə olmaq üçün gəliblər”.

Nadirin bildirdiyinə görə, zəng edən şəxsləri bir qayda olaraq işlədiyi “Gəncə” kafesinin yanına dəvət edib: “Orada mənzilin açarını vermişəm, mənzildən istifadə pulunu alırdım. Mənzildən istifadə edən şəxslər işlərini görəndən sonra mənzilin açarına mənə verirdilər”.

Cinayət işi üzrə Nadirin həbs edilməsi üçün əməliyyat keçirən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları da ifadə verib. Onlardan biri ifadəsində qeyd edib ki, yanvarın 28-də xidmət apardığı aş İdarəyə Nadir adlı şəxsin qadınları nəzarətinda saxlayıb, onlara zor tətbiq etməklə, hədələməklə kişilərə intim xidmətlər göstərməyə məcbur etməsi, bununla insan alveri cinayəti törətməsi barədə məlumat daxil olub: “Nadir adlı şəxsin şəxsiyyətini müəyyən etdik. Müəyyən etdik ki, onun vaxtını əksər hissəsini “Gəncə” kafesində keçirir. Məlumatın yoxlanılması və müvafiq əməliyyat tədbirinin həyata keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla müraciət edildi. Yaradılmış əməliyyat qrupu və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə dərhal həmin gün “Gəncə” kafesinə yollandıq”. 

Əməliyyatçının sözlərinə görə, yanvarın 28-də, saat 18 radələrində “Gəncə” kafesinə daxil olublar: “Kafedə inzibatçı işləyən Nadir adlı şəxsə yaxınlaşdıq. Onu tərtib edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etdik. Sonra sorğu zamanı Nadir mənzili kirayəyə götürdüyünü, həmin mənzildə kişi və qadın müştəriləri üçün cinsi əlaqədə olmaq üçün şərait yaratdığını, hazırda da həmin mənzildə kişi va qadın cütlüyünün istirahət etdiyini, buna baxmayaraq mənzilə daxil olaraq baxış keçirilməsinə hər hansı etirazının olmadığını qeyd etdi. Bundan sonra birlikdə həmin mənzilə yollandıq. Nadir mənzilin qapısını döydü. Qapını bir nəfər kişi açdı. Həmin şəxsə tədbirin keçirilməsi haqqında qərarı nümayiş etdirdik. Həmin şəxs özünü təqdim etdi və mənzildə olan fahişəliklə məşğul olan qadınla pul müqabilində cinsi əlaqədə olduğunu bildirdi”. 

Cinayət işi üzrə evdə cinsi əlaqədə olan kişi və qadınlar da ifadə veriblər. Kişi müştərilər ifadələrində Nadirin mobil telefon nömrəsini bir-birlərinin tanışlarından aldıqlarını, qadınlarla cinsi əlaqədə olmaq üçün Nadirin yer təşkil etdiyi üçün ona 20, 25 və ya 30 manat pul verdiklərini qeyd ediblər. 

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Nadirin ittiham olunduğu maddə üzrə cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.  Demokrat.az

Həmçinin oxuyun

Polkovnik Elnur Məmmədov həbs olundu

Ehtiyatda olan polkovnik Elnur Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə araşdırması başa …