Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Bakıda ərini döyə-döyə öldürən 23 yaşlı gəlin danışdı

Bakıda ərini döyə-döyə öldürən 23 yaşlı gəlin danışdı

Ötən gecə Bakının Sabunçu rayonunda həyat yoldaşı, 29 yaşlı Nazim Vəliyevi öldürən 23 yaşlı Tünzalə Vəliyeva hadisəni özünü müdafiə edərkən törətdiyini deyib.

Lent.az xəbər verir ki, 1 və 2 yaşlı iki körpə anası olan Tünzalə Vəliyeva ərinin onu demək olar ki, hər gün döydüyünü bildirib.

Müxtəlif yerlərdə günəmuzd əməklə məşğul olan və evə içkili gələn Nazim Vəliyevin əməllərindən bezdiyini deyən qadın onu öldürməyi planlaşdırmadığını əlavə edib: “Məni hər gün döyürdü, təhqir edirdi. Dünən də döyməyə başladı, masanın üstündəki meyvə qabını başına vurdum, yerə yıxıldı. Qorxdum ki, durub məni öldürəcək, özümdən asılı olmayaraq qaz balonu ilə başına vurmağa başladım”.

Tünzalə Vəliyeva saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir neçə gün əvvəl bir qolu sınıb və gipsdədir. Onun başının bəzi hissələrində, xüsusilə çənə nahiyəsində də əzik xəsarətləri olub.

Qeyd edək ki, fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. İlkin araşdırmalardan sonra cinayətin özünü müdafiə və ya ehtiyatsızlıq əsaslı maddəyə tövsif edilməsi ehtimalı var.

*   *   *10:09

Bakının Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib.

“Report” xəbər verir ki, Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində yaşayan 45 yaşlı Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı ilə ailə münaqişəsi zəminində mübahisə edib.

Bu zaman qadın onun baş nahiyəsinə balta ilə zərbə endirib. Nəticədə N.Vəliyev ölüb.

Hadisəni törədən qadın (ad-soyad açıqlanmır) Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Hadisə baş verən zaman N.Vəliyev sərxoş olub. Bildirilir ki, son vaxtlar ailədə hər gün münaqişə olurmuş və N.Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub.

Ər və arvadın birgə nikahdan iki övladı var.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …