Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Kriminal / Bakıda əri xəyanət edən qadın iynələri udaraq intihara cəhd edib

Bakıda əri xəyanət edən qadın iynələri udaraq intihara cəhd edib

Bakıda gənc qadın intihara cəhd göstərib.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

1989-cu il təvəllüdü T.A (ad və soyad şərtidir) 4 ədəd iynəni udaraq intihara cəhd edib. Lakin evdə olan ailə üzvləri T.A-nı dərhal xəstəxanaya çatdırıb. İynələr cərrahi əməliyyat yolu ilə onun bədənindən çıxarılıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Xəsarət alan şəxsin yaxınları bildirib ki, T.A-nın intihara cəhd göstərməsinə səbəb onun həyat yoldaşının başqa qadınla görüşməsi olub.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …