Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Kriminal / Bakıda ərəblərin olduğu lift qırılaraq yerə çırpıldı – VİDEO

Bakıda ərəblərin olduğu lift qırılaraq yerə çırpıldı – VİDEO

Bakının Fəzail Bayramov 11/56 ünvanındakı yeni tikili binada qəza baş verib.

Musavat.com Ölkə.Az-a istinadla xəbər verir ki, binanın 22-ci mərtəbəsində liftin trosu qırılaraq birinci mərtəbəyə çırpılıb.

Bildirilir ki, bu zaman liftdə beş İraq vətəndaşı və bir nəfər azərbaycanlı olub.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb edilib.

İnsident nəticəsində iki ərəb xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Hazırda ərazidə polis işləyir.

Həmçinin oxuyun

Bakıda ağır qəza: Maşın səkidə dayanan kişiyə çırpıldı (FOTO)

Bakıda yol qəzası baş verib.  Azinforum.az “Report”a istinadən xəbər verir ki,  hadisə Yasamal rayonunda, Şərifzadə küçəsində qeydə alınıb.  …