Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Bakıda ən bahalı kirayə mənzillər – Aylıq 10 min manat

Bakıda ən bahalı kirayə mənzillər – Aylıq 10 min manat

“Bakıda aylıq kirayə qiyməti 10 min manat olan bağ evləri var”

Bunu AzVision.az-a daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. Ekspertin sözlərinə görə, bağ evləri ilə yanaşı paytaxtda aylıq ödənişi 4000-5000 manat olan bina evlərinə də rast gəlmək mümkündür.

“Bahalı kirayə evlərdə qalanlar üçün əsas istək mənzilin kommunal şəraitinin yaxşı, rahatçılğın yüksək olmasıdır. Yüksək məbləğli kirayə evlərdə ən çox 10-15 gün qalırlar. Bundan əlavə Bakıda aylıq ödənişi 4000-5000 manata kirayə mənzillər də təklif olunur. Bəzi hallarda qiymətlər daha yüksək olur.

Bağ evlərinin kirayə qiymətləri evin yerləşdiyi ərazi və şəraitinə görə dəyişir. Həmçinin daha yüksək qiymətə olan bağ evlərinə də rast gəlmək mümkündür”.

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …

Bir cavab yazın