Ana səhifə / Kriminal / Bakı-Tbilisi-Qars layihəsi sentyabrın əvvəlində yekunlaşa bilər

Bakı-Tbilisi-Qars layihəsi sentyabrın əvvəlində yekunlaşa bilər

“Bu il avqustun sonu və ya sentyabrın əvvəlində Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə işlər yekunlaşa bilər”.

Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Sədr bildirib ki, qışın sərt keçməsi bu işlərə maneə yaradıb: “Bu il qış çox sərt keçib. Qarsda 47-54 dərəcə şaxta olub. Ona görə də işlər bir qədər gecikib. Dəmiryolu xəttinin Qars hissəsində 80 km yol var, onun da 27 km-nin üst yatağı düzülüb. Düşünürəm ki, bu il avqustun sonu, sentyabrın əvvəlində Qars yolunu aşa bilərik. Azərbaycan və Gürcüstan tərəfində demək olar ki, işlər yekunlaşıb, böyük çətinliyimiz qalmayıb.

Təxminən 10-15% işlər qalıb. Türkiyə tərəfində isə tikinti işləri qalıb. Amma Türkiyənin tikinti aparmaq gücünə bələd olduğumuz və Türkiyə baş nazirinin, eləcə də digər müvafiq nazirlərinin verdiyi bəyanatlara əsasən demək olar işləri tez qurtarmağa çalışacaqlar”.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın