Ana səhifə / Kriminal / Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sentyabr ayında başa çatacaq – RƏSMİ

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sentyabr ayında başa çatacaq – RƏSMİ

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sentyabr ayında başa çatacaq. Bunu “TRT Haber” telekanalına müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib.

Onun sözlərinə görə, hazırda layihənin Gürcüstan ərazisində tamamlanma işləri həyata keçirilir.

Nazir qeyd edib ki, tikinti başa çatdıqdan sonra, gələn ay ərzində dəmir yolunun açılışı baş tutacaq.

O, həmçinin əlavə edib ki, Qarsda logistika mərkəzinin tikintisi üzrə işlər aparılır.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın