Azinforum.az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyinin məlumatında qeyd olunur ki, hazırda dəmir yolunun açılış tarixi razılaşdırılır.

Açılış mərasimində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirak edəcəyi istisna olunmur.

Qeyd edək ki, daha əvvəl Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan bildirmişdi ki, BTQ dəmir yolu bu ilin iyun ayının sonlarında istifadəyə veriləcək.