Ana səhifə / Kriminal / Bakı-Sumqayıt qatarı Xırdalanda gənc qızı vurdu

Bakı-Sumqayıt qatarı Xırdalanda gənc qızı vurdu

Abşeron rayonunun Xırdalan şəhərində qatar gənc qızı vuraraq ona ağır xəsarət yetirib.

“Report” xəbər verir ki, 1992-ci il təvəllüdlü Yaqubova Aytən Ədalət qızı ötən gecə platformada relslərə yaxın ərazidə dayanarkən, Bakı-Sumqayıt reysi ilə hərəkətdə olan sürət qatarı onu vurub.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …