Bazar ertəsi , May 10 2021
Ana səhifə / Kriminal / Bakı sakinini döyərək pulunu və avtomobilini əlindən aldılar

Bakı sakinini döyərək pulunu və avtomobilini əlindən aldılar

Paytaxt sakininə qarşı quldurluq edilib. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinə bir şəxsin Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Alıyevi döyərək “KİA” markalı avtomobilini, 350 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini H.Kərimli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Lotu Quli”ni Mübariz Mənsimovu öldürmək üçün Türkiyəyə gətirdilər…” – VİDEO

Son günlər qalmaqallı açıqlamaları ilə gündəmə gələn türkiyəli mafiya başçısı Sedat Peker “Youtube” sosial şəbəkəsində …